Bərdədə 28 yaşlı qadının yanmış meyit tapılıb


13:27     02 Mart 2019 tecili_274765676.jpg

Bərdədə evdə yanğın olub.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində ümumi sahəsi 91 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1991-ci il təvəllüdlü Nabat Eyvaz qızı Qurbanovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 397