Evdən qaçan ana iki uşağı ilə Bakıda tapıldı


13:46     02 Mart 2019 19_03_02_1551520007.jpg

Cəlilabad rayon Uzuntəpə kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əliyeva 4 və 2 yaşlı övladları ilə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Femida.az xəbər verir ki, bundan narahat olan ailəsi 21 fevral 2019-cu il tarixində onun tapılması üçün Cəlilabad rayon Polis Şöbəsinə və “102” xidməti zəng mərkəzinə müraciət ediblər. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri nəticəsində A. Əliyeva və 2 azyaşlı övladı Bakı şəhərində tapılaraq valideynlərinə təhvil verilib.

Açar sözlər:

Oxunub: 380