Novruz yarmarkalarına start verildi


15:55     02 Mart 2019 19_03_02_1551520172.jpg

Bu gün Lənkəranda Novruz bayramı əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanılıb.


Femida.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan satış yarmarkada vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin təlabatına uyğun olaraq ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, digər meyvələr və meyvə şirələri çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olmasını sakinlər razılıq hissi ilə qarşılayıblar.

İcra hakimiyyətinin rəsmi şəxsləri yarmarkaya baş çəkərək məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

Bayram yarmarkaları hər həftənin ş

Açar sözlər:

Oxunub: 461