Kimlər qaraciyərini ildə bir dəfə yoxlatmalıdır? – Risk SİYAHISI


14:30     02 Mart 2019 19_03_02_1551520932.jpg

Qaraciyər orqanizmin kimyəvi laboratoriyasıdır. Əslində dözümlüdür, gec xəstələnər. Amma təəssüf ki, müasir həyat, vərdişlər, qidalanma və viruslar onu vaxtından öncə zədələyir, sıradan çıxarır. BU gün 30-35 yaşında qaraciyəri xəstə insanlara rast gəlinir.


Qaraciyər elə orqandır ki, problemini gec biruzə verir, səssiz davam edir. Xəstə elə mərhələdə həkimə gedir ki, artıq kömək üçün də gecikmiş olur. " Bu nə vaxt xəstələndi, axı ağrımırdı” deyirlər. Halbuki qaraciyər nadir halda ağrı siqnalı verər.

Medicina.az ildə azı 1 dəfə qaraciyərini yoxlatmalı olan insanları təqdim edir.
Siyahıda özünüzü görsəniz, müayinəni yubatmayın.

1.Alkoqollu içki içənlər, söhbət təkcə araqdan getmir, digər içkilər, hətta pivə
2.Energetik içki içənlər
3.Qeyri-sağlam həyat tərzi və ağır işi olanlar
4.1 il ərzində uzun müddət antibiotik qəbul edənlər
5.Hepatitə şübhəsi olanlar
6.Son 6 ayda dişlərində ciddi müalicə aparanlar, implant etdirənlər
7.Son 1 ildə hər hansı ciddi əməliyyat keçirənlər
8.Fast-food, yağlı qidalar yeyənlər
9.Hamiləlikdən öncə və doğumdan sonra
10.Gözəllik salonlarında və kimyəvi maddələrlə işləyənlər

Əgər bu siyahıda özünüzü görürsüzsə, o zaman terapevt və hepatoloqa ildə 1 dəfə müraciət edib, qaraciyər göstəricilərinə aid qan analizi və qaraciyərin USM müayinəsini etdirin. Bu müayinələr bir neçə saatınızı və az miqdar vəsaitinizi alacaq, amma sizi yüz min manatlarla dəyəri olan problemdən xilas edə bilər.

Açar sözlər:

Oxunub: 848