Ucarda 3 nəfərin intihar cəhdinin qarşısı alınıb


17:18     02 Mart 2019 19_03_02_1551532783.jpg

Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Martın 2-də günorta saatlarında rayon sakinləri Saqi və Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəliblər. İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 566