Babək prospektində bu dəfə su borusu partladı


19:42     02 Mart 2019 babek.jpg

Babək prospektində magistral su xəttində qəza olub.

Femida.az xəbər verir ki, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidən bir neçə magistral xətt keçir və qəza həmin xətlərdən birində baş verib:

“Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 586