Qazaxda top mərmisi aşkar edilib
20:23 02 Mart 2019
Martın 2-də Qazax rayonunun Kəmərli kəndi ərazisində mərmi tapılıb.
Femida.az xəbər verir ki, məlumat əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü, 55 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 371
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib