Xoruldayan şəxslər, DİQQƏT! – SƏSSİZ YATMAĞIN QAYDALARI

Xoruldayan şəxslər, DİQQƏT! – SƏSSİZ YATMAĞIN QAYDALARI


21:12     02 Mart 2019 19_03_02_1551545105.jpg

Demək olar ki, əksər insanlar xoruldama problemi ilə üzləşib.

Medicina.az xəbər verir ki, xoruldamağa təsir edən bir sıra amillər var. Yatış forması, çəpər əyriliyi və qrip kimi xəstəliklərin əlaməti olan burun tutulması və s. Lakin bəzi insanlar heç bir səbəb olmadan da xoruldayır.

Niyə xoruldayırıq?

Nəfəs alanda hava cərəyanının boğazımızdan keçməsi zamanı udlağın yumşaq hissəciklərinin bir-birinə toxunması ilə çıxan səs xorultu adlanır. Xoruldama əsasən yuxu pozuntusundan qaynaqlanır. Xroniki xorultunun yaranmasının əsas səbəblərindən biri də gündüzlər yuxulu olmaqdır. Davamlı xoruldayan insanların bu problemin ciddi qəbul etməsi vacibdir.

Xorultu zamanı nəəfəsin dayanması 10 saniyədən 3 dəqiqəyə qədər davam edə bilər. Bu isə orqanizmdə təhlükəli hal yarada bilər. Çünki bu hal stress hormonunu artırır. Nəcitədə isə yuxudan rahatlıq tapmaq olmur. Bu tendensiya davam etdikcə bir sıra xəstəliklər oyanmağa başlayır. Yaranan oksigen çatışmazlığının az vaxt intervalında təkrarlanması ilk olaraq orqanizmin hüceyrələrini zədələyir. Növbəti pillə isə daha ağır vəziyyətə gətirib çıxardır.
Xorultunun yaratdığı vəziyyət beyin hüceyrələrini də zədələyir. Xorultuya, həmçinin genetik amillər və ətraf mühit də təsir edir. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də səsi yüksəlir.
Rahat, xorultusuz yuxu üçün bir sıra amillərə diqqət etmək olar.

Yatış formanızı dəyişdirin

Arxası üstə yatmaq heç də məqsədəuyğun deyil. Ya böyrü üstə, ya da üzü üstə yatmaqla xorultunuzun qarşısını nisbətən ala bilərsiniz. O, cümlədən başınızı daha yüksəkdə tutan balışdan istifadə edin.

Arıqlayın

Əgər boyun bölgənizdə kökəlmə müşahidə olunursa, bu zaman boğazın iç tərəfindəki yağlanma xorultuya səbəb olur. Arıqlamaq hər kəsdə olmasa da, bəzi insanlarda xorultunu azaldır. Əgər xoruldamağa kilolarınızda artma müşahidə etdikdən sonra başlamısınızsa, bu üsul xeyli işə yarayacaq.

Sipirtli içki və siqaretdən uzaqlaşın

Spirtli içki və siqaret aludəçiləri ən çox xoruldayan insanlar hesab olunur. Yatmazdan 4-5 saat əvvəl spirtli içki qəbulu məsləhət görülmür. Siqaret və digər tütün məmulatlarının da xorultuya səbəb olduğu elmə məlumdur. Siqaret və tütünün davamlı istifadəsi boğazda hüceyrələri zədələyir və bu da xorultuya səbəb olur.

Açar sözlər:

Oxunub: 308