Əlcəzair prezidenti xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır


21:20     02 Mart 2019 19_03_02_1551545284.jpg

Əlcəzair prezidenti Əbdüləziz Buteflika Cenevrə universitetinin nəznindəki xəstəxanaya yerləşdirilib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı siyasətçi İsveçrəyə təyyarə ilə huşsuz vəziyyətdə çatdırılıb. Həkimlər dövlət başçısının həyatı üçün narahatdırlar.

Buteflikanın xəstəxanaya yerləşdirilməsi paytaxt və digər şəhərlərdə kütləvi etiraz marşları fonunda baş verib.

Aksiyanın təşkilatçıları olan müxalifət liderləri hesab edirlər ki, prezident dövləti idarə etmək qabiliyyətində deyil və ondan namizədliyini geri çəkməsini tələb edirlər.

Buteflika ilk dəfə 2013-cü ildə insult keçirib. Həmin vaxtdan bəri Əlcəzair lideri əlil arabası ilə hərəkət edir. O, çox çətinliklə danışır və nadir hallarda ictimaiyyət qarşısına çıxır. Vaxtının çox hissəsini isə xarici klinikalarda keçirir. Lakin onun səhhəti fevralda növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə mane olmayıb.

Qeyd edək ki, ölkədə növbəti seçkilər apreldə baş tutacaq

Açar sözlər:

Oxunub: 439