Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb


21:48     02 Mart 2019 19_03_02_1551548927.jpg

Bu gün axşam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 475