Düşmən atəşkəsi pozmaqda davam edir
10:01 03 Mart 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 343
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
- Düşməndən götürülən avtomobil nömrələrindən ibarət lövhə paradda nümayiş etdirilib
- Düşməndən götürülən hərbi qənimətlər Bakıda - VİDEO
- Düşmən tərəfindən mülki obyektlərə 30 min mərmi atılıb - RƏSMİ
- Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutub - RƏSMİ
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib
- Düşmən yaşayış məntəqələrimizi atəşə tutub