Türkiyə ilk qırıcı təyyarəsini istehsal edəcək


12:26     03 Mart 2019 türk%20qirici.jpg

Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək.

Bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

O, qeyd edib ki, ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcısını təqdim edəcək. Lakin yeni silahin orduya 2031-ci ildə qəbul ediləcəyi planlaşdırılır.

"Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik", - deyə Fuat Oktay qeyd edib.

Qeyd edək ki, Türkiyənin öz qırıcısını yaratması niyyəti 2017-ci ildə məlum olub.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

Femida.az

Açar sözlər:

Oxunub: 452