Həftənin ilk gününə olan hava proqnozu
12:42 03 Mart 2019
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, lakin martın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında müşahidə ediləcək hava proqnozuna gəlincə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
Femida.az
Oxunub: 502
Oxşar xəbərlər
- Həftənin ilk gününün havası
- Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
- Həftənin cinayət hadisələri - Baş Prokurorluq videoçarx hazırladı
- Həftənin son gününə olan hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu
- Həftənin son günü hava necə keçəcək? - Proqnoz
- Həftənin ilk iş gününün HAVAsı
- Həftənin son iş gününə manatın məzənnəsi
- Həftənin ilk iş günü üçün hava proqnozu
- Həftənin ilk günü hava necə olacaq? - Proqnoz