Hacıqabulda avtomobil kanala aşdı


13:52     03 Mart 2019 2019/03/BDAB813C-3458-4294-9EE3-508537E62946_1551607360.jpeg

Hacıqabulda avtomobil kanala aşıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, qəza rayonun Abdulabad kəndində baş verib. Kanalın üzərindəki ensiz körpüdən keçmək istəyən Ağsu rayon sakini Xəyyam Mehdiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil aşıb. Nəticədə sürücü xırda sümük sınıqları ilə xəsarət alıb. O, Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişin Təzəgül Mehdiyeva yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son beş gündə həmin körpüdə ikinci avtomobil qəzasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 418