Moskvada ticarət mərkəzində yanğın: 1000 nəfər təxliyə edildi


15:21     03 Mart 2019 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Moskvanın şimal-şərqindəki Şeremetyevskaya bölgəsində yanğın baş verib.

Femida.az bildirir ki, "Qafqazinfo" "Gazeta.ru"ya istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin tikiş atelyesində qeydə alınıb.

Dərhal hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Min nəfərə yaxın işçi və müştəri hadisə yerindən təxliyə edilib.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 309