Dərman əvəzinə səhvən sirkə turşusu içdi


17:04     03 Mart 2019 1441444832_sirke_2ru7364664.jpg

Abşeronda zəhərlənmə hadisəsi baş verib.

Femida.az report-a istinadən bildirir ki, hadisə Masazırda fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Əliyeva Turan Zakir qızı yaşadığı evdə səhvən dərman əvəzinə sirkə turşusu içib. Zəhərlənən qadın Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırlaşdığından xəstə Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 567