Dövlət Baytarlıq Xidmətindən qoyunların tələf olması ilə bağlı - Açıqlama


17:55     03 Mart 2019 19_03_03_1551621363.jpg

Dövlət Baytarlıq Xidməti Ağdaş rayonunda qoyunların tələf olması barədə xəbərlərə münasibət bildirib.

Xidmətdən Femida.az-a verilən məlumata görə, hadisə fevralın 27-də baş verib:

“Araşdırmalarımız nəticəsində məlum olub ki, tələf olan heyvanların sayı 15 deyil, 7-dir. Onlardan 3-ü yeni doğulan üçgünlük quzulardır. Baytar mütəxəssislərimizin apardığı araşdırma zamanı məlum olub ki, heyvanların tələf olmasında baxımsızlıq faktoru əsas rol oynayıb. Heyvanlara lazımi qaydada qulluq edilmədiyinə görə onların orqanizmi zəifləyib və dərmanla müalicə əks effekt verib”.

Bildirilib ki, fermerlərin baytar mütəxəssisin təyinatı olmadan özbaşına müalicə aparması yolverilməzdir:

“Biz bununla bağlı daim maarifləndirmə işləri aparırıq. Fermerlər apteklərdən dərman almazdan əvvəl mütləq baytar həkimlərlə məsləhətləşməlidir”.

Əlavə edilib ki, qoyunları tələf olan fermerə dövlət tərəfindən büdcə vəsaiti hesabına aparılan baytarlıq xidmətlərinin əks olunduğu arayış verilib və gələcəkdə heyvanlarda xəstəlik əlamətləri aşkarlanan zaman mütləq Dövlət Baytarlıq Xidmətinə müraciət etməsi tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 458