Bakı-Sumqayıt yolunda böyük tıxac var


04:53     25 Oktyabr 2015 tixac_140110.jpg

Bakı-Sumqayıt yolunda aparılan işlərlə əlaqədar böyük tıxac yaranıb, avtomobillərin hərəkəti dayanıb.


Tıxac Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə ilə əlaqədar yolda yaranmış çatların aradan qaldırılması və yeni asfaltın çəkilməsi səbəbindən yaranıb.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. (trend)

Açar sözlər:

Oxunub: 902