Azərbaycan atleti Avropa çempionu olub


09:15     04 Mart 2019 19_03_04_1551677043.jpg


Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərindəki Avropa çempionatında qızıl medal qazanıb.

22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub.

Finalda o, 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Gümüş medala 17,11 metr nəticə ilə portuqaliyalı Nelson Evora, bürünc medala isə 17,10 metr göstərici ilə almaniyalı Maks Heb sahib olub.

Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 336