Göyçayda yanğın - Ölən var


09:22     04 Mart 2019 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg


Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Femida.az

Açar sözlər: #FHN   #yanğın   #Göyçay  

Oxunub: 341