ABŞ-da qasırğa 22 canı aldı


09:31     04 Mart 2019 2019/03/735782_1551677955.jpg

ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb.


Femida.az-;n "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".

"WBRC" telekanalı öz nəvbəsində Li dairəsinin şerifi Cey Consona istinadla bildirir ki, qasırğa nəticəsində ölənlərin sayı 22 nəfər çatıb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

Ştatın qubernatoru Key Ayvi pis hava şəraiti ilə əlaqədar ştatın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 304