Tərtər təxribatından 11 İL ÖTÜR


10:12     04 Mart 2019 19_03_04_1551680097.jpg


Azərbaycanla Ermənistan arasında imzalanmış 1994-cü il atəşkəsinin ilk dəfə genişmiqyaslı şəkildə pozulması 2008-ci ilə təsadüf edir.

Məhz 2008-ci il martın 4-də Ermənistan silahlı qüvvələri atəşkəsi şiddətli şəkildə pozdu. Düşmən Tərtər rayonunda işğal etdikləri mövqelərdən Azərbaycan silahlı qüvvələrinin istqamətində hücuma cəhd göstərdi. Amma ermənilərin planları heç də istədikləri kimi getmədi. Hücumun qarşısını alan Azərbaycan silahlı qüvvələrinin hissələri əks-hücuma keçərək, Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etdilər. Müdafiə Nazirliyinin məlumatına görə, yaranmış hərbi münaqişə nəticəsində dörd Azərbaycanlı əsgər şəhid oldu, 12 erməni əsgər isə ordumuz tərəfindən məhv edildi. Nazir Səfər Əbiyevin əmri ilə şəhid əsgərlərimizə «Hərbi xidmətdə fərqlənməyə görə» medalı verildi. Həlak olan əsgərlərə şəhidlik statusu da şamil edildi.

Tərtər təxribatında Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgərləri:

Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)
Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)
İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki)
Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı)

Azərbaycan Silahlı Qüvvələrinin yaralanan əsgəri

Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü, Qobustan)

Femida.az

Açar sözlər: #Tərtər   #hərbi   #ordu   #müdafiə   #Ermənistan   #əsgər   #şəhid  

Oxunub: 938