İstirahət mərkəzində meyit tapıldı - Sumqayıtda
10:18 04 Mart 2019
Sumqayıt şəhərində istirahət mərkəzində meyit tapılıb.
Femida.az Report-a istinadən xəbər verir ki, hadisə dəniz kənarında yerləşən "Neptun" ailəvi istirahət mərkəzində baş verib.
Belə ki, Abşeron rayonunun Masazır kənd sakini, 1969-cu il təvəllüdlü Əfqan Daşdəmir oğlu Rəhimovun istirahət mərkəzində meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Müayinə zamanı Ə.Rəhimovun ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
- İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var
- İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin havası
- İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
- İstirahət günlərində gözlənilən hava proqnozu
- İstirahət günləri üçün hava proqnozu
- İstirahət günlərinin hava proqnozu açıqlanıb