Ana və qızının ölümü ilə bağlı rəsmi məlumat


13:31     04 Mart 2019 piyada5.jpg

Martın 3-də saat 16 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini R.Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri T.İsgəndərlini və onun azyaşlı qızını vurub.


DİN-dən Femida.az-a verilən məlumata görə, nəticədə T.İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 364