Fermerlərə yüksək məhsuldar toxumlar verilib
14:58 04 Mart 2019
Dövlət Toxum Fondu fermerlərin yüksək məhsuldar toxumlarla təmin olunması üçün daim işlər aparır.
Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, fond bu məqsədlə 2018-ci ilin dekabrın 28-də Rusiyadan 38 ton "Udaça" sortlu, birinci reproduksiyalı kartof toxumunun idxalını həyata keçirib.
Yüksək məhsuldar, ölkənin iqlim şəraitinə uyğun və vegetasiya dövrü qısa olan bu toxumlar Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbardan bu ilin martın 1-də kartofçuluq üzrə inkişaf etmiş Cəlilabad, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə təqdim olunub. Qeyd edək ki, təqdim olunan toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradacaq.
Dövlət Toxum Fondunun əsas prioriteti fermerləri məhsuldar və ölkənin iqlim şəraitinə uyğun olan toxumlarla təmin etmək, bununla da fermerlərin böyük zəhmət bahasına yetişdirdikləri məhsulların həm keyfiyyətinin, həm də məhsuldarlığının bol olmasına zəmin yaratmaqdır.
Femida.az
Oxunub: 560
Oxşar xəbərlər
- Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib
- Fermerlərə bu halda subsidiya ödənilməyəcək - FƏRMAN
- Fermerlərə təlimlər keçirilir
- Fermerlərə subsidiya nə zaman veriləcək?
- Fermerlərə 63 milyon manatdan çox subsidiya ödəniləcək
- Fermerlərə təlim keçirilib
- Fermerlərə 23 milyon manat subsidiya veriləcək
- Fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək
- Fermerlərə subsidiyaların verilməsində yeni qaydalar
- Fermerlərə 25 min manata yaxın subsidiya veriləcək - QƏRAR