Azərbaycan axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı


18:08     04 Mart 2019 interpol.jpg


Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Femida.az xəbər verir ki, “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan 26 yaşlı Ağayar Ağazadə Türkiyədə saxlanılıb.

Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 240-cı (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə axtarışa verilmiş A.Ağazadənin Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.

Femida.az

Açar sözlər: #İNTERPOL  

Oxunub: 337