Rusiya ABŞ-la bağlanmış müqavilədən çıxdı - Putindən gözlənilməz qərar


19:14     04 Mart 2019 putin8.jpg

Rusiya prezidenti Vladimir Putin 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanmış “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırılması haqda fərman imzalayıb.

Femida.az xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Qeyd edilib ki, fərman imzalandığı gündən qüvvəyə minir. Fərmanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin Amerika tərəfindən pozulmasından sonra “təxirəsalınmaz ölçülər götürmək məqsədilə” imzalandığı bildirilib.

XİN-in Rusiyanın müqavilədən çıxması ilə bağlı ABŞ-ı məlumatlandıracağı qeyd edilib.

Açar sözlər:

Oxunub: 349