Camal Qaşıqçı bu təndirdə yandırılıb - İlk dəfə yayımlanan VİDEO


19:39     04 Mart 2019 2019/03/firins-vshg_cover_1551714086.jpg

Qətərin “Əl-Cəzirə” telekanalı səudiyyəli jurnalisti Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar sənədli bir film yayımlayıb.


Femida.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədli filmdə Qaşıqçının bədəninin yandırıldığı təndirin görüntüləri ilk dəfə paylaşılıb.

Filmdə həmçinin sui-qəsdlə bağlı bəzi fotolar və sənədlər, sui-qəsd qrupunu hava limanında gözləyən pilot və Qaşıqçının dublyorunu daşıyan taksi sürücüsü ilə müsahibənin görüntüləri var.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.



Açar sözlər:

Oxunub: 1089