Bakıda Səudiyyə ilə ticarət əlaqələri müzakirə olunub


20:10     04 Mart 2019 19_03_04_1551714407.jpg

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Maliyyə Nazirliyindən Femida.az -a verilən məlumata görə, martın 4-də Azərbaycanın maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim Əbdül Rəhman Əl Ömər ilə görüşü zamanı aparılıb.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 5-ci iclasının əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Açar sözlər:

Oxunub: 308