Hindistan Pakistanın pilotsuz təyyarəsini vurub


20:30     04 Mart 2019 19_03_04_1551716299.jpg

Kəşmirdə Hindistan və Pakistanın silahlı qüvvələri arasında yenidən qarşıdurma yaranıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Pakistan hərbçiləri Aknur bölgəsini atəşə tutublar. Daha sonra Hindistan buna cavab olaraq Pakistanın pilotsuz təyyarəsini vurub. Silahlı insident 3 saat davam edib.

Hindistan tərəfindən ölən və yaralananların olmadığı açıqlanıb.

Açar sözlər:

Oxunub: 432