Nazir daha bir polis rəisini işdən çıxardı


20:40     04 Mart 2019 19_03_04_1551716415.jpg

Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Femida.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.

Açar sözlər:

Oxunub: 497