Bağırsağında heroin keçirmək istədi


17:02     06 Aprel 2015 geroin.jpg

Gömrükçülər Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparıb.


Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Yoxlama zamanı şəxsin onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621  qram olan narkotik vasitə - heroin aşkar edilib.


Femida.az 

Açar sözlər:

Oxunub: 585