Avtobus dərəyə yuvarlandı: 35 ölü


21:15     16 May 2015 cinde%20avtobus8.jpg

Çinin Şaanşi əyalətində ağır qəza hadisəsi qeydə alınıb.


Femida.az "Şinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, ölkənin şimal şərqində yerləşən Şianyang şəhərində 46 nəfərin olduğu sərnişin avtobusu 30 m hündürlükdən uçuruma düşüb. Qəza zamanı 35 nəfər dünyasını dəyişib.

Yaralanan 5 nəfərin isə vəziyətinin ağır olduğu qeyd edilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 954