Ombudsman hesabat verir - YENİLƏNDİ


12:05     05 Mart 2019 elmira20160312.jpg


Milli Məclisin növbəti plenar iclası başlayıb.

Femida.az xəbər verir ki, iclasda ilk olaraq Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinlənilir. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edir.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

***

Milli Məclisdə Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə hesabatı müzakirə olunacaq.

Femida.az xəbər verir ki, hesabat parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. İclasda hesabatı İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova təqdim edəcək.

Femida.az

Açar sözlər: #hüquq   #ombudsman  

Oxunub: 1233