Şeyx: “Azərbaycanda dini dəyərlər ən yükəsək səviyyədə qorunur”


10:43     05 Mart 2019 seyx1406369801.jpg

"Azərbaycanda bəşəri dəyərlərə hər zaman önəm verilir"


Femida.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, müasir Azərbaycanda dini dəyərlər ən yükəsək səviyyədə qorunur, xristian və yəhudi, digər dinlərə məxsus məbədlərə ehtiram göstərilir.

"Hazırda dünyamızda humanitar fəlakət yaşanır və insan qırğını gündəmdədir. Erməni separatçıları tərəfindən 20 faiz torpağı işağl olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, Xocalı soyqırımına məruz qalan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin vasitəçliyi ilə həllinin tərəfdarıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 333