Narkotik alverçiləri saxlanıldı - Bərdədə


12:03     05 Mart 2019 19_03_05_1551773085.jpg


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Hüseynov tanışına heroin satarkən saxlanılıb. Ondan 2 qramlıq şprisdə heroin məhlulu aşkar edilərək götürülüb. H. Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini Taleh Qaraşov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 0.29 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #heroin   #narkotik   #polis   #DİN   #Bərdə  

Oxunub: 290