Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb

Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb


12:13     05 Mart 2019 2019/03/52657076_2542176332676166_2936838717916053504_o_1551773879.jpg

Azərbaycanın kəndlərində fəaliyyət göstərən fermer qadınların iştirakı ilə Azərbaycan Kənd Qadınları Assosiasiyasında (AKQA) yaradılıb.


Femida.az xəbər verir ki, bu gün assosiasiyanın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu assosiasiya vasitəsilə qadınlar regional və ölkə səviyyəsində şəbəkələşəcək.

“Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş assioasiyasiyanın 350 üzvü var. Biznesini qurmaq istəyən üzv qadınlara əllərindəki vəsaitə uyğun birdəfəlik qrant ayrılır. Bu ayın sonuna qədər AKQA-ya 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir. Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qruplarının yaradılmasına ötən ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi II Kənd İnvestisiya Layihəsi çərçivəsində başlanılıb. İndiyə qədər 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb. Bunlardan 17-si artıq aqrar sahədə biznes qurub. Vəzifəmiz ilk növbədə kənd təsərrüfatını inkişaf etdirmək olsa da, kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə qadınların bütün təşəbbüslərini dəstəkləyirik", - deyə o, qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 254