Nazir Ağcabədidə vətəndaşları qəbul edəcək


12:31     05 Mart 2019 2018/04/ceyhun-bayramov_1524489746.jpg

Təhsil naziri Ceyhun Bayramov martın 11-i saat 10.00-da Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən Femida.az-a bildiriblər ki, qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar martın 5-dən 7-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 327