Yevlax sakinlərinə pulsuz hüquqi yardım göstərilib
12:38 05 Mart 2019
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkili tövsiyə edilib.
Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Yevlaxdakı Şahmat Məktəbinin Klubunda Yevlax və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Vəkillər Kollegiyası tərəfindən gələcəkdə belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 291
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama
- Yevlax-Bərdə yolunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb