Qusarda həkimlər xarici vətəndaşı xilas etdilər


13:46     05 Mart 2019 poliklinika-beograd-8.jpg


Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib. Xarici işçilərdən birinin üstünə ağır yük aşıb. Nəticədə o, ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat Xidmətindən verilən məlumata görə, Şepelyov Nikita Mixayloviç adlı əcnəbi işçi qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır. / azvision.az

Femida.az

Açar sözlər:

Oxunub: 365