Vəkilliyə qəbul qaydaları DƏYİŞDİ

Vəkilliyə qəbul qaydaları DƏYİŞDİ


14:48     05 Mart 2019 VEKILLER.jpg


Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.

Femida.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirə edilən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyənlər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.

İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Femida.az

Açar sözlər: #vəkil   #qəbul   #imtahan   #hüquq   #qanun  

Oxunub: 1241