“ASAN Xidmət”ə 6 milyondan çox müraciət edildi - 1 il ərzində


16:24     05 Mart 2019 19_03_05_1551788729.jpg


Ötən il “ASAN Xidmət” mərkəzlərinə 6 milyondan (6,001,084) çox müraciət qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il “ASAN Xidmət” mərkəzlərində qeydə alınan müraciətlərin 93,8 faizi xidmətlə təmin edilib. Bununla yanaşı, imtina hallarının həcmi isə 0,5 faiz təşkil edib.

Eyni zamanda, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə və səyyar “ASAN Xidmət”ə müraciət etmiş 7 089 974 vətəndaşdan 6 652 832-nə xidmət göstərilib ( 93,8 faiz).

Qeyd edək ki, "ASAN Xidmət"ə bütün fəaliyyət dövrü ərzində 23,5 milyondan çox müraciət edilib.

Femida.az

Açar sözlər: #ASAN   #ASAN_Xidmət  

Oxunub: 656