Prezident Rasim Balayevə zəng vurdu - "Bu, bizim sənə münasibətimiz deyil"
16:32 05 Mart 2019
Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
Femida.az xəbər verir ki, bu barədə Rasim Balayev Ölkə.az-a özü məlumat verib.
"Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür".
Qeyd edək ki, R,Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.
Femida.az
Oxunub: 2347
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib