Evindən külli miqdarda narkotik çıxdı - Foto


16:57     05 Mart 2019 19_03_05_1551790698.jpg

Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.

Femida.az -ın məlumatına görə, onun üzərində şəxsi axtarış aparılan zaman 1,679 qram narkotik vasitə olan heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq 13 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 65 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 461