Nəsiminin məzarı ölkəmizə gətirilə bilər


17:00     05 Mart 2019 2019/01/nesimi-2_1548063699.jpg

Nəsiminin məzarı Suriyada, çox dəhşətli müharibələrin aparıldığı Hələb şəhərində yerləşir. O yer tək biz tərəfdən deyil, yerli sakinlər tərəfindən də bir müqəddəs yer kimi qəbul olunur. O məzara mütəmadi olaraq ziyarətçilər, xüsusilə sufi təriqətinin tanınmış nümayəndələri baş çəkir.


Femida.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət və incəsənət xadimlərinin dövlət başçısı ilə görüşündə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında deyib. O bildirib ki, hətta o məzarın yenidən qurulması, orada Azərbaycanla bağlı mədəniyyət mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb:

“Bu istiqamətdə razılıq və irəliləyiş əldə etmişdik, əfsuslar olsun ki, sonrakı siyasi toqquşmalar və müharibə onun reallaşmasına imkan vermədi. Hesab edirəm ki, vaxt gələcək və biz bununla bağlı hədəflərimizi gerçəkləşdirə biləcəyik. Lakin biz Nəsiminin varisləri ilə daimi ünsiyyətdəyik, onlar Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən festivallarda iştirak edirlər. Hesab edirəm ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi gec-tez gündəlikdə olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 319