63 min nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin açılışı olacaq
18:28 05 Mart 2019
Türkiyənin İstanbul şəhərində 63 min insanın eyni vaxtda namaz qıla biləcəyi Çamlıca məscidinin tikintisi başa çatıb.
Femida.az “Sabah”a istinadən xəbər verir ki, bunu Üsküdar bələdiyyəsinin sədri Hilmi Türkmən “twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, matrın 7-də məscidin açılışı olacaq.
Türkiyə tarixində ən böyük məscid kompleksi olan Çamlıcanın 72 metr hündürlüyündə 35 metr diametrində qübbəsi, 4-ü 107,1 m,2-si 90 metr hündülüyündə 6 minarəsi var. Orada sahəsi 11 min kv metr olan muzey, 3 min 500 kv metrlik incəsənət qalereya fəaliyyət göstərəcək. Məscidin hündürlüyü 7 metr 77 sm olmaqla dünyanın ən böyük dini ibadət yeri sayılır. Çamlıcanın başqa xüsusiyyətlərindən biri də təbii fəlakətlər zamanı orada 100 min nəfər üçün sığınacağın olmasıdır.
Kompleksdə incəsənət atelyeləri, kitabxanalar, konfrans salonları, 3 min 500 avtomobilin eyni vaxtda saxlanması üçün dayanacaq fəaliyyət göstərəcək.
Oxunub: 450
Oxşar xəbərlər
- 63 nəfərin öldüyü “toy terroru”nu İŞİD törədibmiş
- 63,1 min ailə sosial yardımla təmin edilib
- 63 min insan daşqınlar zonasında qalıb - Hindistanda
- 6300-dən çox bakalavr ixtisas seçimi edib
- 63 yaşlı Paşinyanın iqamətgahındakı medalları oğurlayıb
- 6300-dən çox şəxsə işsizlik müavinəti ödənilib - İnfoqrafika
- 63 yaşlı kişi özünü yandıraraq intihar etdi
- 63 yaşlı kişi itkin düşüb
- 63 yaşlı qadın intihar etdi
- 63 nəfər donaraq ölüb - Polşada dəhşətli soyuqlar