Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə görüşüb


18:34     05 Mart 2019 2019/03/d4415cd9-0ab4-443f-ae99-cd769c597a6a_1551791434.jpg

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.



Femida.az xəbər verir ki, bunu icma rəhbəri bildirib.

"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ilə birgə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır", -deyə T.Gəncəliyev vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 447