Netanyahu Azərbaycanla Əfqanıstanı qarışdırdı


17:25     05 Mart 2019 19_03_05_1551792351.jpg

İsrail Baş naziri Benyamin Netanyahu Likud Partiyasının xüsusi iclasında çıxışı zamanı Azərbaycanla Əfqanıstanın adını səhv salıb.


Femida.az xəbər verir ki, çıxışı zamanı Netanyahu baş nazir postunda olduğu müddət ərzində ziyarət etdiyi ölkələrdən birinin də Əfqanıstan olduğunu deyib. Sonradan Netanyahu səhv etdiyini və Əfqanıstanda heç vaxt olmadığını anlayıb.

O, səhvini Tvitterdə düzəltməyə çalışıb:

“Mən Azərbaycanı nəzərdə tuturdum. Kim bilir, bəlkə növbəti hakimiyyət dönəmində Əfqanıstanı da ziyarət edəcəyəm”.

Açar sözlər:

Oxunub: 498