Ermənistanda 11 mindən çox gənc ordudan yayınıb
18:48 05 Mart 2019
Bu gün Ermənistan parlamenti 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanuna dəyişiklik layihəsi ilk oxunuşda yekdilliklə qəbul edib.
Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, layihənin müəlliflərindən olan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Qevorq Qorqisyanın fikrincə, bu təşəbbüs Ermənistandan qaçan 2 mindən çox gəncin ölkəyə geri qayıtmalarına və həbs edilmədən cərimə pulunu ödəmələrinə imkan verəcək.
Deputat bildirib ki, hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 11 mindən çoxdur.
Qanun dəyişikliyi sabah ikinci oxunuşda yenidən müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan hazırda 27-35 yaş arası 3225 vətəndaşın orduda xidmətdən yayındıqlarına görə axtarışda olduqlarını bildirmişdi. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.
Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 1,8 milon dram (təqribən 3700 ABŞ dolları) məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə, onlar həbs edilirlər.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb