Jurnalist vətəndaşların şəxsi həyatına müdaxilə etməməlidir - Əflatun Amaşov


17:43     05 Mart 2019 eflatun.jpg

Ombudsmanın illik məruzədə jurnalistlərlə bağlı yer almış neqativ halların əsasən internet mediada qeydə alınıb



Femida.az-ın məlumatına görə bunu Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki,illik məruzəsində haqlı olaraq bidirilib ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqətə hörmətlə yanaşmalıdır".

Deputat azərbaycanlı jurnalistlər – Fuad Abbasov və Mətin Yaşaroğlu ilə bağlı son zamanlar yaranmış vəziyyətə diqqət çəkərək qeyd edib ki, cəmiyyətdə jurnalistlərlə bağlı dolğun məlumat yoxdur: "Hesab edirəm ki, Ombudsman bu məsələni diqqətdə saxlamalı, cəmiyyətə dolğun məlumat çatdırmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 431